Qazaxıstan Qırğızıstan sərhədində spirt ötürən yarım kilometrlik yeraltı şlanq aşkar edildi

Qazaxıstan Qırğızıstan sərhədində spirt ötürən yarım kilometrlik yeraltı şlanq aşkar edildi

17 Avqust 2013 03:03
Bəyəndim (0) Bəyənmədim (0)
Sərhədçilər gördükləri mənzərədən dəhşətə gəldilər

Qırğızıstanda qeyri-adi kriminal hadisənin üstü açılıb. Ölkənin Çuy vilayətinin Tokmak şəhərində Qazaxıstan spirtinin qeyri-qanuni nəqli üzrə gizli boru xətti aşkarlanaraq zərərsizləşdirilib. İşbaz qaçaqçılar iki dövlətin sərhəd ərazisində yerin təkindən və çayın dibindən keçməklə yarım kilometrlik şlanq quraşdırıblar ki, oradan qazax spirtini rüsum ödəmədən Qırğızıstana ötürürdülər. Daha sonra bu spirt Qırğızıstanda emal olunaraq, bahalı araqlar şəklində daxili bazara buraxılırdı.

İki ölkənin sərhədçilərinin birgə keçirdikləri əməliyyat nəticəsində şlanq və onun bərkidildiyi dəmir relslər üzə çıxarıldı. "Новый регион 2". saytının məlumatına görə, xəttin nə zamandan quraşdırıldığı məlum deyil.

O.M.