Prezident Administrasiyasının əməkdaşı işdən qovuldu-VİDEO

Prezident Administrasiyasının əməkdaşı işdən qovuldu-VİDEO

17 Avqust 2013 02:27
Bəyəndim (0) Bəyənmədim (0)
Zirvə toplantısında xoşagəlməz hal baş verdi

Avqustun 13-də Bakıda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə dövlətlərarası sənədlərin imzalanması mərasimi zamanı qeyri-adi və xoşagəlməz hadisə baş verib. Bu hadisə Azərbaycan Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşının günahı ucbatından yaşanıb. Belə ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı dövlətlərarası sənədləri imzalayan rəsmi şəxslərin adlarını elan edərkən çaşıb. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını düzgün tələffüz etməyib. Bu çaşqınlıq nəticəsində Sergey Lavrovun adı Azərbaycan dilində senzuradan kənar şəkildə, təhqiramiz formada səslənib. Çox maraqlıdır ki, həmin mərasim zamanı çəkilmiş videoçarx YouTube saytına Rusiya jurnalistləri tərəfindən yerləşdirilib.

Virtualaz.org saytının müxbiri hakimiyyətə yaxın mənbələrdən bu olayla bağlı maraqlı bir məlumat əldə edib. Həmin məlumatda deyilir ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı buraxdığı bu kobud səhvə görə bu gün işdən azad edilib. Amma müxbirimizin işdən qovulan həmin şəxsin adını öyrənmək cəhdləri nəticəsiz qalıb.

O.M.