Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

16 Avqust 2013 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Çölə hazırlıqlı çıxın

Bakı və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir.

Avqustun 19-dək respublikanın ərazisində yağmursuz və isti hava şəraiti davam edəcək. Yüksək temperatur rejimi torpaqda məhsuldar rütubət ehtiyatlarını azaldacaq və bitkilərin daha tez suvarılmasını tələb edəcək, temperaturun 35 dərəcədən yuxarı olması pambıq əkinlərinin vəziyyətinə, xüsusən qozaların formalaşmasına, və digər bitkilərə mənfi təsir göstərəcək. Gözlənilən yağmursuz hava şəraiti bağlarda meyvələrin bostanlarda tərəvəzin yığımı, çoxillik otların biçini və becərmə işlərinin aparılması üçün əlverişli olacaq.

O.M.