Azərbaycandan Misirə turist yollamaq qadağan olundu

Azərbaycandan Misirə turist yollamaq qadağan olundu

16 Avqust 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)
Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən Misirə turist səfərlərinin təşkilini tövsiyə etmir.

Turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıb. Misirdə vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.

O.M.