İran üçün olduqca cazibədar oldu

İran üçün olduqca cazibədar oldu

16 Avqust 2013 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Qara paltarda alan Nina Moradinin ancaq üzü açıq olsa da, mühafizəkarlar bunu da mənəviyyatsızlıq kimi qiymətləndiriblər

İranda ixtisasca mühəndis olan 27 yaşlı Nina Siaxali Moradiyə dövlət fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Mühafizakər dairələr bələdiyyə seçkilərində iştirak edən, ixtisasca mühəndis olan gənc qadının model görünüşünə sahib olduğunu iddia edib seçkilərdə iştirakına etiraz ediblər. Mühafizar dairələr bildiriblər ki, şəhər şurasında "maniken"ə yer yoxdur və 10 min səs toplayaraq 14-cü yerdə qərarlaşan Moradinin adının namizədlər sırasından çıxarılmasını tələb ediblər. Tərəfdaşlarının bu məsələyə etirazı da heç bir nəticə verməyib və hakimiyyət islam normalarına uyğun gəlmədiyini iddia edərək Moradinin qələbəsini ləğv edib. Seçkiqabağı təbliğat plakatında hicabda və qara paltarda alan Nina Moradinin ancaq üzü açıq olsa da, mühafizəkarlar bunu da mənəviyyatsızlıq kimi qiymətləndiriblər.

O.M.