Sevmədiyi oğlana ərə getməmək üçün özünü asdı

Sevmədiyi oğlana ərə getməmək üçün özünü asdı

16 Avqust 2013 10:21
Bəyəndim (0) Bəyənmədim (0)
Masallıda 18 yaşlı qız özünü asdı

Masallı rayonunda 18 yaşlı qız intihar edib.Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, Qodman kənd sakini, 1995-ci il təvəllüdlü Ruhanə Fərman qızı Hüseynova yaşadığı evdə özünü asaraq intihar edib.Onun sevmədiyi oğlana verildiyi üçün özünə qəsd etdiyi bildirilir. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar.

Masallı Rayon Prokurorluğundan isə Milli.Az-a bildirildi ki, orta məktəbi bu il bitirən R.Hüseynovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələlik bilinmir. Onun əsəb problemi olub və müalicə olunurmuş. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

O.M.