Azərbaycanda avtomobil 3 nəfəri vurub, onlardan ikisi ölüb

Azərbaycanda avtomobil 3 nəfəri vurub, onlardan ikisi ölüb

15 Avqust 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Oxumeni.az-ən Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunun İvanovka kəndində Hacı Hətəmli kənd sakini Habil Kərimov "VAZ-2107" markalı avtomobili idarə edərkən yolu keçən İsmayıllı sakinləri - 21 yaşlı Murad Umudov, 33 yaşlı Nikolay Stapovka və Gəncə sakini, 31 yaşlı Vasif Həsənovu vurub.Hər üç şəxs xəstəxanaya yerləşdirilsə də, M.Umudov və N.Stapovkanı xilas etmək mümkün olmayıb.

O.M.