Son illər çimərliklərdə sudaboğulma halları xeyli azalıb

Son illər çimərliklərdə sudaboğulma halları xeyli azalıb

12 May 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)


Son illər çimərliklərdə sudaboğulma halları xeyli azalmışdır. Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir. Nazir bildirmişdir ki, icazə verilmiş çimərliklərdə boğulma halları ötən il 2005-ci illə müqayisədə 95 faiz azalmışdır. FHN-in Dövlət Sularda Xilasetmə Xidməti fəaliyyətə başladıqdan sonra bu sahədə müsbət dönüş yaranmışdır.

Ölüm hallarının əsasən çimmək qadağan olunmuş ərazilərdə qeydə alındığını söyləyən nazir qeyd edib ki, özünü suya atmaqla intihar halları da təəssüf ki, bəzən sudaboğulma kimi göstərilir. Lakin biz həmin halların qarşısında bunun intihar olduğunu qeyd edirik. Çimərlik mövsümünün yaxınlaşdığını vurğulayan Kəmaləddin Heydərov əhaliyə müraciət edərək demişdir: "Çimmək qadağan olunan yerlərə getməyin, həyatınızı təhlükə altında qoymayın. Nəzərə alın ki, hər kəsə fərdi şəkildə nəzarət etmək mümkün deyildir".


"Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da".

Tofiq Əliyev

O.M.