Bakıda Azərbaycan ərazilərini təhrif edən qlobuslar satılırmış

Bakıda Azərbaycan ərazilərini təhrif edən qlobuslar satılırmış

15 Avqust 2013 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dəftərxana ləvazimatları satmaq üzrə ixtisaslaşan "Nil" türk mağazalar şəbəkəsi Azərbaycan ərazilərinin sərhədlərini təhrif edən qlobusların satışını dayandırıb. Bu barədə şirkətdən Gün.Az-a məlumat verilib."Qlobuslarda Azərbaycan ərazilərinin sərhədlərinin təhrif olunduğu aşkar edilən kimi biz onların satışını dərhal dayandırdıq", - deyə şirkətdən bildiriblər.Həmçinin qlobusların Çin istehsalı olduğu qeyd olunub."Qlobuslar tədarük olunan zaman biz bu səhvə diqqət yetirməmişik. Artıq Çin istehsalı olan qlobuslardan imtina etmişik. Bu mal Türkiyədən idxal olunacaq", - deyə şirkətdən bildiriblər.Xatırladaq ki, əvvəllər KİV "Nil" mağazalar şəbəkəsinin Dağlıq Qarabağın Azərbaycanın deyil, Ermənistanın ərazisi kimi göstərildiyi qlobusları satmaqla məşğul olması barədə məlumat yaymışdı.

O.M.