İspaniyada baş verən zəlzələdə 10 nəfər ölüb

İspaniyada baş verən zəlzələdə 10 nəfər ölüb

12 May 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az" "Frans-Press"ə istinadən xəbər verir ki, İspaniyanın cənub – şərqində yerləşən Lorka şəhərində baş verən zəlzələ zamanı 10 mindən çox insan zərər çəkib. Zəlzələnin gücü 5,1 bal olub və ilk xəbər olaraq 10 nəfərin öldüyünü bildirir. Əhalinin əksəriyyəti gecəni küçələrdə keçirib. 92 min əhalisi olan Loka şəhərinə xeyli sayda hərbiçilər və xilasedicilər cəlb olunub. Zəlzələnin episentri Mursiya şəhərindən 50 km aralıda qeydə alınıb. Məlumata görə bu İspaniyada 1956-cı ildən sonra baş verən ən güclü zəlzələdir.

Bəhram Mustafabəyli

O.M.