Abituriyentlərin ixtisas seçiminin vaxtı uzadıldı

Abituriyentlərin ixtisas seçiminin vaxtı uzadıldı

15 Avqust 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Abituriyentlərin ixtisas seçiminin vaxtı uzadılıb.

Bu barədə Apa-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Ali məktəblərə ixtisas seçimi 16 avqust saat 11:00-da yekunlaşacaq. Qeyd edək ki, ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatmalı idi.

O.M.