35 908 abituriyent ixtisas seçimi edib

35 908 abituriyent ixtisas seçimi edib

15 Avqust 2013 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 11:00-a olan məlumata əsasən 35908 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. I qrupda 11378, II qrupda 10206 , III qrupda 10644, IV qrupda 3680 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq edib. Ali məktəblərə qəbulun nəticəsi isə 3 gün ərzində məlum olacaq.Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00 başa çatacaq.

O.M.