Kürdəxanıda avtomobillər toqquşdu

Kürdəxanıda avtomobillər toqquşdu

15 Avqust 2013 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Kürdəxanı yolunda qeydə alınıb. "10-VV-723" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə "90-BM-779" markalı "Hyundai Tucson" markalı avtomobil toqquşub.Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orxan Rüfət oğlu Qədimov və qardaşı, 1987-ci il təvəllüdlü Fərid Qədimov, 1987-ci il təvəllüdlü İsgəndər İbrahim oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Rauf Hikmət oğlu Quliyev, 1991-ci il təvəllüdlü Cavid Mirzəhəsən oğlu Cahangirov, 1980-ci il təvəllüdlü Taleh Fərhad oğlu Məmmədov xəsarət alaraq 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.

O.M.