35 yaşlı kişinin asılmış meyiti tapıldı
Bakının Nəsimi rayonunda 35 yaşlı kişi özünü asıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Moskva prospekti 30 ünvanında yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxa tərəfindəki həyətində olan ağaclıqda 35 yaşında naməlum kişi meyiti asılmış halda tapılıb. Onun intihar etdiyi bildirilir. Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib.
O.M.
Digər xəbərlər