Cəbhədə baş verən atışmada Ermənistan Ordusunun tabor komandiri olan mayor zərərsizləşdirilib

Cəbhədə baş verən atışmada Ermənistan Ordusunun tabor komandiri olan mayor zərərsizləşdirilib

15 Avqust 2013 10:29
Bəyəndim (0) Bəyənmədim (0)
Alay komandiri, polkovnik Harut Minasyan isə onu ataraq qaçıb

Avqustun 6-da gecə saatlarında cəbhə xəttinin Berd-Qazax sahəsində baş vermiş qarşılıqlı atışmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti vurulub.Apa-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, avqustun 6-sı saat 00:50-də baş vermiş atışma zamanı Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində Ermənistan Ordusunun tabor komandiri, mayor Avelyan Armen Saroyeviç ağır yaralanıb. Cəbhə xəttinin qeyd olunan istiqamətinin müdafiəsinə məsuliyyət daşıyan alayın komandiri, polkovnik Harut Minasyan da həmin vaxt onunla bir yerdə olub. H. Minasyan atışma vaxtı ərazidən qaçmaqla xilas ola bilib. Tabor komandiri A. Avelyan isə yaralı halda təhlükəli ərazidən uzaqlaşıb.

Vəziyyəti ağır olan A. Avalyan əvvəlcə Berd rayonundakı hərbi hospitala, oradan isə İrəvandakı Mərkəzi Hərbi Hospitala aparılıb. Əldə olunmuş məlumatlara əsasən, tabor komandirinin döş qəfəsindən, qıç və qollarından güllə yarası aldığı deyilir. Əməliyyat zamanı mayorun sağ əlinin barmaqları da amputasiya olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Döyüş postlarındakı əsgərlər isə hərbi hissə komandiri H. Minasyanın yaralı zabiti ataraq ərazidən qaçdığını istehza ilə bir-birinə ötürürlər. Bu hərəkətinə görə onun barəsində nalayiq ifadələr işlədilir.

Ermənistan Müdafiə Nazirliyi isə mayorun yaralanması faktının bu günədək ictimaiyyətdən gizlədib, qeyd olunan tarixdə cəbhə xəttinin sözügedən istiqamətində yalnız Armenak Ayvazyan adlı hərbçinin yaralanması barədə məlumat yayıb.

Ümumilikdə, avqustun 2-dən 8-dək cəbhə xəttində Azərbaycan snayperləri tərəfindən Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, 3 hərbçi yaralanıb.

İkisi UAZ və 1-i URAL markalı olmaqla 3 nəqliyyat vasitəsi sıradan çıxarılıb

O.M.