Düşmən atəşkəsi pozmaqda davam edir

Düşmən atəşkəsi pozmaqda davam edir

15 Avqust 2013 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.