"07" iki qadının həyatına son qoydu

"07" iki qadının həyatına son qoydu

14 Avqust 2013 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
Neftçala sakini avtomobillə iki qadını vuraraq öldürüb

Azərbaycanda iki piyadanın ölümü nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Neftçala rayonu Xıllı qəsəbəsində Aşağı Qaramanlı kənd sakini Mirislam Əliyev "VAZ 2107" markalı avtomobili idarə edərkən yolu keçən Neftçala rayon sakini, 57 yaşlı Zərifə Nağıyevanı və Xıllı qəsəbə sakini 54 yaşlı Əzizə Əhmədovanı vurub.Hər iki qadın hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

O.M.