Sabirabadda yol qəzası bir ailəni yasa batırdı

Sabirabadda yol qəzası bir ailəni yasa batırdı

14 Avqust 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Sabirabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 13-də axşam saatlarında Sabirabad-Qaragüney yolunun 3-cü kilometrliyində rayonun Məmişlər kəndində ərazisində Sabirabad sakini Həsənov Əbülfət Ramiz oğlunun idarə etdiyi "VAZ-2106" markalı 10 HA 253 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin Soltanova Əzizə Rəzi qızı xəstəxanaya aparılarkən yolda ölüb.

Digər sərnişinlər - Həsənova Əqidə Rəzi qızı, Heydərova Zərifə Rəzi qızı, Məhərrəmova Gövhər Mahmud qızı və sürücü müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.