Yunanıstanda qiyamət qopdu

Yunanıstanda qiyamət qopdu

11 May 2011 19:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan hökumətinin kəmər sıxma tədbirlərini etiraz etmək məqsədiylə mitinqə səhər saatlarında start verildi. Nümayişçilərlə polis arasında sözün əs mənasında müharibə yaşandı. Bir neçə təşkilatın çağırışı ilə 24 saatlıq tətil elan edən işçilərlə qanun keşikçiləri arasında "Sindagma" meydanı yaxınlığında gərginlik yaşandı.
Əldə etdiyimiz məlumata görə, mitinqdə 2-sii ciddi olmaq üzrə - 12 nəfər yaralanıb. Yaralılar bölgəyə gələn təcili tibbi yardımlarla xəstəxanalara çatdırılıblar.

Hazırda meydanın ətrafındakı yollarda polis ilə nümayişçilər arasında "daş döyüşü" yaşanır. Xüsusi qruplar nümayişçilərə göz yaşartıcı qaz ilə cavab verir. Özlərini iqtidarın düşməni adlandıran, üzləri maskalı şəxslərdən ibarət olan mitinq iştirakçıları mərkəzi və ara küçələrdə park halında olan maşınlara maddi ziyan vurarkən, zibil konteynerlerini də yandırırlar. Xilasetmə qrupları isə çıxan kiçik yanğınları söndürməklə məşğuldurlar.

Qaynaqlardan əldə edilən məlumatlara görə, təxminən 20 min nəfərin qatıldığı mitinqdə 24 adam polis bölməsinə aparılıb. 2 polis məmuru da yaralanıb.

Bu arada nümayişə görə səhər erkən saatlarda tıxac yaranan Afina mərkəzinin yolları açılmayıb.

Günel Həbib