Təhsil Nazirliyi qızlarını tez ərə verən ailələrin siyahısnı hazırlamır

Təhsil Nazirliyi qızlarını tez ərə verən ailələrin siyahısnı hazırlamır

14 Avqust 2013 11:24
477
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar veriməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxumeni.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik həmin məlumatları təkzib edib:"Bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer alıb.Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır.Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir.Qeyd edək ki, Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır.

Təhsil Nazirliyi səlahiyyətlərinə aid olan bütün məsələlərlə bağlı çevik və açıq informasiya siyasətinə sadiqdir. Nazirliyə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən yazılı şəkildə daxil olan sorğular operativ cavablandırılır və cavablar rəsmi internet səhifəsində yerləşdirilir.Bir daha qeyd edək ki, Təhsil Nazirliyi bundan sonra da fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirir".

O.M.