Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb

14 Avqust 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb. Bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Ölümlə nəticələnən yol qəzası rayonun Makov kəndi ərazisində baş verib. 1964-cü il təvəllüdlü, Zaqatala rayonu Makov kənd sakini Qardaşov Mehdi Əhməd oğlu içkili vəziyyətdə idarə etdiyi "Muravey" markalı motosikletlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirərək motosikleti yolun kənarındakı ağaca çırpıb. Daha sonra motosiklet yolun kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Mehdi Qardaşov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına(MRX) aparılarkən yolda keçinib. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.