ABŞ-da məktəblilərə transgender olmağa icazə verdilər

ABŞ-da məktəblilərə transgender olmağa icazə verdilər

14 Avqust 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)
Cinslərin yerdəyişməsi

Amerikalı qanunvericilər seksual azlıqların nümayəndələrinə növbəti güzəştlər ediblər.Bu sahədə növbəti qanunu Kaliforniya ştatının Qanunverici məclisi qəbul edib.Oxumeni.az rbk-ya istinadən xəbər verir ki, bu dəfə deputatlar transgenderlərə - öz bioloji cinsiyyəti ilə razı olmayan, bununla belə əməliyyat etdirməyən vətəndaşlara qarşı güzəştə gediblər. Qanunvericilər hesab edirlər ki, belə şəxslər məktəblilərin arasında da var, ona görə əd, onlar üçün məhdudiyyətləri aradan qaldırmaq lazımdır.
Məsələn, indi oğlan məktəbli özünü qız hiss edərsə, o, cəsarətlə qadın ayaqyolusu və ya qadınların idman zalındakı paltardəyişmə otağına daxil ola bilər. Bundan başqa, proqramlar, tədbirlər və idman növlərini də şəxsi istəyinə uyğun seçmək olar."Məktəblilər transgenderlərə görə özlərini bir qədər pis hiss edə bilərlər? Ola bilsin. Mən bu problemi kiçiltmək istəmirəm, yeni təcrübə tez-tez narahatlıq gətirir. Lakin bu, qanunun düzgün olmaması ilə bağlı yanlış fikirlərlə mübarizə aparmamaq üçün bəhanə ola bilməz" – deyə, qanun layihəsinin müəllifi Tom Ammiano hesab edir.
Qeyd edək ki, transgenderlər çoxdandır ki, öz hüquqları uğrunda mübarizə aparırlar. Bu ilin əvvəlində Kolorado ştatında məktəbdə özünü qız hiss edən altı yaşlı oğlana qadın ayaqyolusuna getməyin qadağan olunması barədə qərar kəskin tənqidlərə səbəb olmuşdu. Hüquq müdafiəçiləri tədris müəssisəsinin rəhbərliyini ayrı-seçkilikdə günahlandırmışdılar.

O.M.