Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıtda gənc oğlan itkin düşüb

13 Avqust 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərinin 10-cu mikrorayon, 31a mənzil 33-də yaşayan Abdullayev Emil Famil oğlu itkin düşüb.Oxumeni.az xəbər verir ki, Emilin qardaşı Abdullayev Elvinin sözlərinə görə, o, avqustun 11-də səhər saat 11:00 radələrində evdən çıxaraq həmişəki kimi həyətə düşüb və bir daha geri qayıtmayıb.Valideynləri itkin düşmüş gənclə bağlı Sumqayıt şəhəri 1-ci polis bölməsinə məlumat veriblər. Evdən çıxarkən Emilin əynində göy dama-dama köynək və tünd göy rəngli şalvar olub.Qardaşının bildirdiyinə görə, 23 yaşlı Emil xaricdən tam sağlam görünsə də, onun bir qədər əqli çatışmazlıqları var və bu, onunla danışarkən aydın olur. O, heç zaman işləməyib və evə bağlı olub.Şəkildəki şəxsi tanıyanlardan aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur:

(070) 362-65-70