Ermənistan əsir düşən əsgəri bağışlayacağına söz verdi

Ermənistan əsir düşən əsgəri bağışlayacağına söz verdi

13 Avqust 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl qoşunların təmas xəttində Azərbaycan Ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyan öz ölkəsində hüquqi məsuliyyətə cəlb edilməyəcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan yerli mediaya açıqlamasında deyib. O həmçinin bildirib ki, Azərbaycan tərəfinin erməni hərbçidən müsahibə alınmasına yol verməsi Cenevrə konvensiyasının müvafiq bəndinin növbəti dəfə pozulması deməkdir. Ovannisyan qeyd edib ki, erməni tərəfi əsirin geri qaytarılması üçün əlindən gələni edəcək.

O.M.