Nişanlı qız özünü cehizə görə asıbmış

Nişanlı qız özünü cehizə görə asıbmış

13 Avqust 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda nişanlı qız cehiz üstündə özünü öldürüb.

Xəbər vermişdik ki, 11 avqust tarixində səhər saatlarında Lənkəranın dağ kəndi olan Günəhirdə nişanlı qız intihar edib.1991-ci il təvəllüdlü Qulamova Günəş Cavad qızı meşə massivində ağacdan özünü kəndirlə asıb.İntihardan bir gün sonra (red: 12 avqust) toyu olacaq gənc qızın intihar səbəbi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.Kənd sakinlərinin Gün-ə verdiyi məlumata görə, intihara maddi imkansızlıq səbəb olub. Belə ki, Günəşin ailəsi kasıb olduğundan qızlarına yaxşı cehizlik verə bilməyiblər.Sakinlərin dediyinə görə, Günəş çox əsəbi olub. Valideynlərinin ona yaxşı cehiz vermədiyinə görə hirslənən gənc qız gərgin psixoloji duruma düşüb.Bundan sonra 22 yaşlı qız etiraz olaraq çarəni özünü öldürməkdə görüb. Günəşin bir anlıq qərarı toya hazırlaşan ailəni yasa boğub.

O.M.