Ermənilər Qarabağın təbii ehtiyatlarını talayır

Ermənilər Qarabağın təbii ehtiyatlarını talayır

13 Avqust 2013 11:59
Bəyəndim (0) Bəyənmədim (0)
Dağlıq Qarabağda ağ mərmər yataqlarındakı ehtiyatların milyonlarla kubmetrdir

Ermənilər işğal etdikləri Dağlıq Qarabağ bölgəsinin təbii ehtiyatlarını talamaqda davam edirlər.

Apa-nın "NEWS.am"a istinadən yaydığı məlumata görə, qondarma "DQR prezidentinin" müşaviri Qriqori Qabrielyants bildirib ki, "Dağlıq Qarabağ hökumətinin əsas proqramlarından biri qeyri-metal xassəli təbii ehtiyatların axtarışıdır". Ermənilər işğal dövründə Dağlıq Qarabağda mərmər, tuf daşı, inşaat daşı yataqlarını mənimsəməyə başlayıblar. Qriqori Qabrielyants Dağlıq Qarabağda ağ mərmər yataqlarındakı ehtiyatların milyonlarla kubmetr olduğunu deyib.

O.M.