Bu gün bu rayonlar qazsız qalacaq

Bu gün bu rayonlar qazsız qalacaq

13 Avqust 2013 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakının Yasamal, həmçinin Ucar, Zərdab, Gəncə, Qazax və Cəlilabad rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 18:00-dək "Cəlilabad" Qazpaylayıcı Stansiyandan qidalanan "Cəlilabad" ölçü qovşağında, saat 18:00-dək "Ağasıbəyli", "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyanda, saat "Gəncə" Qazpaylayıcı Stansiyandan qidalanan "Hacıməlik" Qaztənzimləyici Məntəqəsində, "4 saylı" Qaztənzimləyici Məntəqəsində, saat 15:00-dək "Qazax" Qazpaylayıcı Stansiyanda, saat 11:00-dan 18:00-dək "Ucar", "Zərdab" və "Lək" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zərdab, Ucar rayonlarına, Samux, Göygöl, Qazax rayonlarının bir hissəsinə, Cəlilabad şəhərinə, Yasamal rayonunun İnşaatçılar və İzmir küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

O.M.