Dövlətdən pul oğurlamış hərbçilər saxlanılıblar

Dövlətdən pul oğurlamış hərbçilər saxlanılıblar

13 Avqust 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
Polkovnik-leytenant Papaxov və kapitan Musayev ümumilikdə 100 min dollar yaxın pulu mənimsəyiblər

Müdafiə Nazirliyinə məxsus daha bir hərbi hissədə baş vermiş yeyinti faktı ilə bağlı məlumat daxil olub.Oxumeni.az AzNews.Az istinadən xəbər verir ki, məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisinin köməkçisi, kapitan Musayev Ceyhun Ələddin oğlu hərbi hissənin maliyyə xidmətinin rəisi, polkovnik-leytenant Papaxov Musa Şəhmir oğlu ilə qabaqcadan əlbir olaraq 87 186,79 manat vəsaiti mənimsəyib.Qulluq mövqeyindən istifadə edərək külli miqdarda vəsaiti mənimsəyən bu şəxslərin əməlləri 2010-cu ilin fevralından 2011-ci ilin aprel ayına qədər olan dövrü əhatə edib.Yeyinti faktı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətini mütəxəssisləri tərəfindən hərbi hissədə 2009-2011-ci ilədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə yoxlanması zamanı aşkarlanıb.Faktla bağlı aparılan istintaq zamanı məlum olub ki, hərbi hissənin 2009-2011-ci illəri əhatə edən rəsmi maliyyə sənədləri oğurlanaraq 2011-ci il sentyabrın 3-də Bakıda yandırılmaqla məhv edilib.Məqsəd dövlət vəsaitini talama cinayətini ört-basdır etmək olub.Bu il iyulun 4-də Musayev Ceyhun Ələddin oğluna Cinayət Məcəlləsinin 179.3.2, 313 və 326.1-ci maddələri üzrə ittiham elan edilib.Hərbi hissənin maliyyə xidmətinin rəisi Papaxov Musa Şəhmir oğluna isə CM-nin 179.3.2 və 313-cü maddələri üzrə ittiham elan edilib və barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.Hər iki şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin öz adlarına olan bank hesablarında yerləşdirdiyi güman edilib.Buna görə də gələcəkdə ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün banklarda onların adına olan hesabların vəziyyəti və maliyyə əməliyyatlarına dair məlumatlar yoxlanlır.

O.M.