Bakı-Quba yolunda ağır qəza baş verib: ölən və yaralanan var

Bakı-Quba yolunda ağır qəza baş verib: ölən və yaralanan var

13 Avqust 2013 09:36
610
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba yolunun 32-ci km-də VAZ 21099 və "Mercedes-Benz" markalı iki minik avtomobili toqquşub. Oxumeni.az-ın Fövqəladə Halalr Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb.Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "Mercedes-Benz" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralı sürücünü və VAZ 21099 markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Sərdar Məmmədovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil verib.

O.M.