Azərbaycan Avropaya köçür!

Azərbaycan Avropaya köçür!

12 Avqust 2013 14:15
Bəyəndim (0) Bəyənmədim (0)
Alimlərimizin təklifi ilə Azərbaycan Avropa ölkəsi ola bilər.

Oxumeni.az AMEA-nın saytına istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun alimləri və Azərbaycan Coğrafiya Cəmiyyəti Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüblər. Təklif qəbul olunarsa, Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq.Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib.Akademiyanın Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədovdan bildirib ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilmiş beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmayıb. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmamış, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib.Hazırda Coğrafiya İnstitutunun mütəxəssisləri Abşeronun Fatmayı kəndi və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhədin rəmzi göstəricisi olan lövhələr quraşdırırlar.

O.M.