Daha 18 azərbaycanlı Rusiyadan deportasiya olunacaq

Daha 18 azərbaycanlı Rusiyadan deportasiya olunacaq

12 Avqust 2013 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Tver vilayətində qeyri-leqal miqrantlara qarşı əməliyyat keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, Federal Miqrasiya Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar nəticəsində 264 nəfər saxlanılıb. Onlardan 154 nəfəri Özbəkistan, 70 nəfəri Tacikistan, 18 nəfəri Azərbaycan, 8 nəfərİ Ermənistan 6 nəfəri Gürcüstan, 6 nəfəri Qırğızıstan vətəndaşıdır.Saxlanılanlar yerli polis bölmələrinə aparılıb. Onların ölkədən deportasiya olunacağı bildirilib.

O.M.