Yağış yağacaq, şimşək çaxacaq

Yağış yağacaq, şimşək çaxacaq

12 Avqust 2013 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
35 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 13-də yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub- şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.Yaxın 3 gün ərzində Abşeron yarımadasında nisbətən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.