Xaricdə distant təhsil alanlara bəd xəbər

Xaricdə distant təhsil alanlara bəd xəbər

12 Avqust 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi xaricdə distant təhsil alan tələbələrə verilən diplomların Azərbaycandakı taleyinə aydınlıq gətirib.

Oxumeni.az nazirliyin saytına istinadən xəbər verir ki, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın tələblərinə riayət olunmaqla həyata keçirilir. Eyni zamanda bildiririk ki, Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb.

O.M.