Putinin səfəri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Putinin səfəri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12 Avqust 2013 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 13-də Bakı şəhərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan səfəri ilə əlaqədar hava limanından şəhər istiqamətinə, həmçinin Zağulba qəsəbəsi istiqamətinə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
V. Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.

O.M.