Dünya dağılır...

Dünya dağılır...

12 Avqust 2013 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə və səhər saatlarında dünyanın bir neçə ölkəsində zəlzələ baş verib. Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, gecə saat 1:23 radələrində Çinin Tibet Muxtar Vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Tszoqan və Markam rayonlarında dağıntıya yol açıb, 3 kəndlə nəqliyyat əlaqəsi dayanıb. 6,1 bal gücündə zəlzələdən sonra Çamda qəsəbəsində 5,1 bal gücündə 60 təkan qeydə alınıb. Bu gecə Yaponiya və Panamada 4,8 bal gücündə zəlzələ olub. Yaponiyanın şimalında baş verən zəlzələnin ocağı Xokkaydo əyalətində, 70 km dərinlikdə yerləşib. Panamada isə zəlzələnin ocağı Puerto-Armueles şəhərindən 25 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat yoxdur.Səhər saatlarında isə İndoneziyanın şərqində, arxipelaqda 6,5 bal gücündə zəlzələ olub. Sunami təhlükəsi yoxdur. Zəlzələnin ocağı Tual şəhərindən 330 km cənub-qərbdə yerləşib. Dağıntı və tələfat barədə hələ məlumat verilmir.

O.M.