Qadın sürücünün "Hyundai"si bir neçə dəfə çevrildi

Qadın sürücünün "Hyundai"si bir neçə dəfə çevrildi

12 Avqust 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Yük maşını ilə toqquşan "Hyundai" bir neçə dəfə çevrilib.

Dünən axşam saat 22:00 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxumeni.az-ın Oxu.Az-a istinadən xəbər verir ki, 90-ED-438 dövlət nömrəli nişanlı "Hyundai" markalı minik avtomobili 99-CX-868 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.Xoşbəxtlikdən qəza nəticəsində ölüm hadisəsi qeydə alınmasa da, qadın sürücünün idarə etdiyi "Hyundai" yük maşını ilə toqquşduqdan sonra bir neçə dəfə çevirilib. Qeyd edək ki, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun sözlərinə görə, Azərbaycanda qəzaların 51%-i məhz sürət həddinin aşılmasına görə baş verib.

O.M.