Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgindir"

Müdafiə Nazirliyi: "Cəbhədə vəziyyət gərgindir"

12 Avqust 2013 10:10
553
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

O.M.