Temperatur yüksələcək

Temperatur yüksələcək

10 Avqust 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Yağış gözlənilmir

Avqustun 11-də Bakıda əsasən dəyişkən buludlu və yağmursuz hava proqnozlaşdırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xəbər verilib. Bakıda temperatur gecə 18-23, gündüz 27-32 dərəcə təşkil edəcək. Avqustun 11-də Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və səhər Böyük Qafqazın bəzi ərazilərində şimşək çaxacaq. Qısa müddətli yağış yağacağı ehtimalı var. Bölgələrdə mülayim şərq küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə təşkil edəcək.

Avqustun 10-da günün ikinci yarısından başlayaraq mülayim hava şəraitinin müşahidə olunacaqı, temperaturun əvvəlki günlərlə müqayisədə yüksələcək.

O.M.