Timsah yeyən balığı tutdu

Timsah yeyən balığı tutdu

11 May 2011 17:23
Bəyəndim (0) Bəyənmədim (0)
Aylarca izlənildikdən sonra o, ələ keçdi

Vəhşi təbiətlə bağlı sənədli filmlərə imzasını atan proqram aparıcısı ingilis Cermi Veyd uzun müddətdir izlədiyi balığı nəhayət ki, tilovuna keçirə bildi. 52 yaşlı qəhrəmanımız Afrikanın Konqo çayının nəhəngi hesab olunan pirana balığını 8 gündən sonra yaxaladı.

Şirin suların "acı" balığı olan piranalar bir köpək balığı qədər böyüyə, onun qədər çəkiyə sahib ola bilir. 32 iti dişli bu balıq tipi əsasən insanlara hücum etməsi və timsah yeməsi ilə məşhurdur.

Günel Həbib