Şirvanda baş verən yol qəzasında piyada ölüb

Şirvanda baş verən yol qəzasında piyada ölüb

9 Avqust 2013 20:07
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhər sakini yolu keçərkən avtomobilin altında qalaraq ölüb. Şirvan şəhər Polis Şöbəsindən Apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 18.00 radələrində şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev İsmayıl Vaqif oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə Ş. Gülbalaoğlu küçəsində yolu keçən 1976-cı il təvəllüdlü sakin Günəşov İsmayıl Bəndalı oğlunu vurub. İ. Günəşov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

O.M.