Azərbaycanda qəza: yaralılar var

Azərbaycanda qəza: yaralılar var

9 Avqust 2013 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iki minik maşını toqquşub. Oxumeni.az Türkel TV-yə istinadən xəbər verir ki, ötən gün Bakı-Qazax avtomagistralının 412-ci kilometrliyində, Tovuz rayonun Əyyublu kəndi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakıdan Qazax istiqamətində hərəkətdə olan paytaxt sakini Elmin Nəcəfova məxsus "Niva" markalı avtomaşın ötmə əməliyyatı yerinə yetirərkən eyni istiqamətdə hərəkətdə olan Əyyublu kənd sakini, 18 yaşlı Vüqar Həmzəyevin idarə etdiyi "VAZ 21-07" markalı minik maşını ilə toqquşub. Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti inspektoru Abil Xəlilovun sözlərinə görə, qəzaya ilkin səbəb yüksək sürət olub.Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

O.M.