Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq

9 Avqust 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Hava durumu

abah Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək, günün ikinci yarısından sonra yağıntı kəsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacaq, əsasən səhər və gecə saatlarında qısamüddətli yağış yağacaq.Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.Xatırladaq ki, avqustun 8-dən başlayaraq Azərbaycanda havanın temperaturu yenidən düşüb, bəzi rayonlarda intensiv yağış yağır.

O.M.