Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər

Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər

9 Avqust 2013 10:26
542
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb. Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, Goranboy, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.