Su anbarında batan 3 nəfər xilas olundu

Su anbarında batan 3 nəfər xilas olundu

9 Avqust 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yenikənd su anbarında batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, su anbarının mühafizə olunmayan hissəsində çimərkən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin ərazidə xidmət aparan mühafizəçiləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

O.M.