Paytaxtda mənzildə yanğın oldu

Paytaxtda mənzildə yanğın oldu

9 Avqust 2013 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Hövsan qəsəbəsində ötən axşam yaşayış binasında yanğın olub. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın qəsəbədə yerləşən 9-mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 4-otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağında 5 kv.m sahədə ev əşyaları (yataq dəsti və paltaryuyan) yanıb. Yanğın zamanı mənzildə yaşayan 3 vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə edilib.Mənzil yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.