Ermənistan tərəfi əsir düşən hərbçilərlə bağlı məlumat yaydı

Ermənistan tərəfi əsir düşən hərbçilərlə bağlı məlumat yaydı

8 Avqust 2013 22:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Müdafiə Nazirliyi təmas xəttini keçərək Azərbaycan tərəfinə keçən iki erməni hərbçisi ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, erməni hərbçisinin geri qaytarılmasını təmin etmək üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə azaraq təmas xəttini keçən 22 yaşlı Akop İnciqulyan barədə məlumat verilib. O, eyni zamanda Azərbaycan hərbçilərinin əlindən qaçaraq neytral zonada minaya düşən digər erməni hərbçisi ilə bağlı yayılan xəbərləri təkzib edib. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin İrəvan ofisindən isə bildirilib ki, baş verən insidentdən xəbərdardırlar, lakin Azərbaycanda bayramla əlaqədar qeyri-iş günü olduğundan erməni hərbçisinin hazırki sağlamlıq durumundan xəbərsizdirlər.

O.M.