Sabah leysan yağacaq

Sabah leysan yağacaq

8 Avqust 2013 19:31
Bəyəndim (0) Bəyənmədim (0)
Qeyri-sabit hava şəraiti avqustun 10-u gündüzə qədər davam edəcək

Azərbaycan ərazisində sabah da sərin və yağışlı hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 9-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.Azərbaycanın rayonlarına gəldikdə isə avqustun 9-da şimşək çaxacaq, əsasən gecə saatlarında yağış yağacaq. Bəzi ərazilərdə leysan xarakterli yağış yağacağı ehtimal olunur. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti avqustun 10-u gündüzə qədər davam edəcək.

O.M.