Ay müşahidə olunmayıb...

Ay müşahidə olunmayıb...

8 Avqust 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)
QMİ: Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı avqustun 9-u səhər qılınacaq

Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir./apa/

O.M.