Şamaxıda iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində VAZ və "Volkswagen" markalı avtomobillər toqquşub.Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Volkswagen" markalı avtomobilin sürücü və sərnişini xəsarət alıb.Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
O.M.
Digər xəbərlər




































.jpg)
.jpg)
.jpg)






















































