700 bal toplayan sumqayıtlı gənc Elvin Dadaşovdan hər kəsi təəccübləndirəcək hərəkət

700 bal toplayan sumqayıtlı gənc Elvin Dadaşovdan hər kəsi təəccübləndirəcək hərəkət

7 Avqust 2013 19:11
Bəyəndim (0) Bəyənmədim (0)

2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayan sumqayıtlı gənc Elvin Dadaşov Sumqayıt şəhərində hazırlıq kursu açıb.

Elvin Dadaşov hazırlıq kursunun adını "700 bal" qoyub.Hazırlıq kursunda ingilis dili, kompüter və abituriyyentlər üçün ayrı-ayrı fənlərdən dərslər keçiriləcək.Qeyd edək ki, təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Elvin Dadaşov Prezident Yanında İdarəetmə Akademiyasının inzibati idarəetmə fakültəsini ötən il başa vuraraq hərbi xidmətə yollanmışdı. O, göstərdiyi yüksək nəticəyə görə prezident təqaüdünə layiq görülmüşdü.

O.M.